AZ

NATO Latviyanın müdafiəsi üçün təlimlər keçirib

NATO-nun 14 ölkəsinin əsgərləri mart ayında keçirilən “Kristal Ox” təlimində Latviyanı mümkün işğaldan müdafiə ediblər.

Bu barədə Amerikanın “Wall Street Journal” (WSJ) nəşri yazır.

Qəzet bildirib ki, təlimlər çərçivəsində guya düşmən Rusiya-Latviya sərhədini keçərək qoşunlarını Riqaya doğru hərəkət etdirib. NATO hərbçilərinə “düşməni” qondarma Okkakus dövlətindən bataqlıqlara qovmaq tapşırılmışdı ki, onun tankları bataqlığa düşsün.

Qeyd olunur ki, alyans qoşunları müdafiə hərəkətlərini yerinə yetirərkən iki problemlə üzləşib. Birincisi, bütün Latviya əsgərlərinin NATO-nun əsas dilləri olan ingilis və ya fransız dillərini kifayət qədər səlis bilməməsidir. İkincisi, rabitə sistemi fasilələrlə işləyirdi.

Mənbə: Sputnik

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla