AZ

Magistraturaya qəbul balları AZALDILACAQ? - Ekspertdən AÇIQLAMA

Aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirilib. Tələbələrin böyük əksəriyyəti imtahanın çətinliyindən şikayətçidir.

 

Bəs imtahan suallarının çətinləşdirilməsində məqsəd nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu il ali təhil müəsissələrinə keçirilən qəbul imtahanlarının hər birində test tapşırıqları əvvəlki illərə nisbətən çətin idi.

 

“Bu, imtahan iştirakçıları arasında ciddi narazılığın yaranmasına səbəb olub. Bu hal bakalavr pilləsini bitirib magistratura pilləsini seçən şəxslərin ixtisas seçiminə də mənfi təsir göstərəcək. Keçən illərin orta bal göstəricisi bu illə müqayisədə kifayət qədər yuxarı idi. Nəticə etibarilə bəzi ixtisaslarda ballar aşağı enə bilər və tələbələr minimal balla magistraturaya qəbul ola bilərlər”.

 

Ekspert qeyd edib ki, bunun bir neçə səbəbi var.

 

“Magistratura pilləsində plan yerlərinin tamamilə dolması üçün bu addım atıla bilər. İmtahanlarda sualların çətinləşdirilməsi və asanlaşdırılması beynəlxalq təcrübədə qəbul edilmir. İllər ərzində sualların çətinlik dərəcəsinin artırılması yaxşı hal deyil. Magistratura pilləsinə qəbul olmaq istəyən şəxslər imtahanın çətinliyi ucbatından yetərli bal toplaya bilmirlər. Belə olduqda xaricdə oxumağa üstünlük verirlər. Bu isə xaricə həm tələbə, həm də maliyyə axını deməkdir. Xüsusən, məntiq fənnindən təqdim edilən sualların ağırlıq səviyyəsi yüksək idi. Kifayət qədər vaxt tələb edən suallar idi. Qəbul plan yerləri kifayət qədər çoxdur və nəticə etibarilə aşağı balla magistratura pilləsində oxuyanların sayı artacaq”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla