AZ

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər ölüb

Kolumbiyanın hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər höəyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Bolivar inzibati bölgəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğrayan Mİ-17 HK3395 nömrəli hərbi helikopterdə 1 general və 8 əsgər həlak olub.

Kolumbiya prezidenti Qustavo Petro hadisə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib.

Hərbi helikopterin “Clan del Golfo” adlı narkotik və hərbiləşdirilmiş təşkilata qarşı əməliyyatda iştirak etdiyi məlum olub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla