AZ

Ölkələr tullantıların azaldılmasını maliyyələşdirməklə əhalinin yoxsul təbəqələrinə kömək göstərməyə davam etməlidir - Bill Qeyts

Ər-Riyad. Trend:

Ölkələr tullantıların azaldılmasını maliyyələşdirməklə əhalininyoxsul təbəqələrinə kömək göstərməyə davam etməlidir.

Trend xəbərverir ki, bu barədə Bill və Melinda Qeyts Fondunun həmsədri BillQeyts Ər-Riyadda İslam İnkişaf Bankının (İİB) illik müşavirələriçərçivəsində keçirilən xeyriyyəçilik üzrə panel müzakirələrindəçıxışında deyib.

"COP28 gözləntilərimi əhəmiyyətli dərəcədə keçdi. Tədbir çoxyaxşı təşkil olunmaqla yanaşı, orada iştirak edən biznes ruhu məniçox təsirləndirdi. Əfsuslar olsun ki, ən iddialı məqsədlərimizənail ola bilmirik. Eyni zamanda, tullantıları azaltdığımızdan - buiqlim dəyişikliklərinin nəticələrinin yumşaldılması adlanır -vəsaiti gördüyümüz işlərdən yayındırmadan, sağlamlıq barədə dahamühüm sfera olaraq düşünərək, həmçinin, əhalinin yoxsultəbəqələrinə kömək göstərməyə davam etməliyik", - o deyib.

B.Qeyts dünyanın hələ formalaşmağa ehtiyacı olduğunu qeydedib.

"Beləliklə, bütün bunlar inkişaf çərçivəsindədir. İqlimdəyişikliyi inkişaf üçün daha çox maneələr yaradacaq. Qoyulanməqsədlərdən əhəmiyyətli dərəcədə geridə qalacağımızı düşünmürəm.Müəyyən innovasiyalardan istifadə etməli, insanları onlarıpraktikada necə sürətlə tətbiq etməyimiz və istifadəsini necəsürətlə genişləndirməyimizlə təəccübləndirməliyik", - o deyib.

B.Qeyts süni intellektin istər yeni dərman vasitələrininistehsalı, tibbi konsultasiyaların verilməsi, istərsə də hər biruşaq üçün onunla öz dilində danışacaq şəxsi müəllimin təyinolunması kimi insan fəaliyyətinin bütün sahələrinə göstərdiyitəsiri yenidən qiymətləndirə bilməyəcəyini əlavə edib.

"İki ildən az müddət ərzində bu sahədə "Chat GPT" ilə bir növsıçrayış oldu. Beləliklə, bunun ən erkən mərhələsindəyik", - odeyib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (SəudiyyəƏrəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə ƏrəbistanınınKralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslamİnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyikeçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu "Keçmişə dəyərverərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik vətərəqqi"dir. Bu görüşlər Bankın üzv ölkələrdə sosial-iqtisadiinkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini əksetdirir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrininiştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsiplanlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcıçoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalqvə regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlərhökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm vəvətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakıilə bir sıra əlavə tədbirləri əhatə edir.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma vəmaliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyəinstitutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin,milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq vəregional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənayepalataları və biznes şuralarının nümayəndələri iştirak edirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla