AZ

UEFA Çempionlar Liqasında yarımfinal həyəcanı başlayır

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk görüşlərinə start veriləcək.

Arena.az xəbər verir ki, birinci oyunda Almaniya və İspaniya nəhəngləri – “Bayern”lə “Real” kollektivləri üz-üzə gələcəklər.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırıb. Almanlar “Arsenal”a qalib gəliblərsə, “kral klubu” Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti”dən güclü olub.

“Alyans Arena”da keçiriləcək bu matça saat 23:00-da start veriləcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında yarımfinalın digər oyunu sabah Dortmund “Borussiya”sı ilə PSJ arasında baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
30 aprel

23:00. “Bayern” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen, “Alyans Arena” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
Mənbələr
Şərh ()
Bağla