AZ

Çempionlar Liqasında yarımfinal məhsuldar heç-heçə ilə başladı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin ilk görüşlərinə start verilib.

Arena.az xəbər verir ki, birinci oyunda Almaniya və İspaniya nəhəngləri – “Bayern”lə “Real” kollektivləri üz-üzə gəliblər.

Hər iki komanda 1/4 finalda İngiltərə klubunu mübarizədən kənarlaşdırmışdı. Almanlar “Arsenal”a qalib gəlmişdilərsə, “kral klubu” Çempionlar Liqasının sonuncu qalibi “Mançester Siti”dən güclü olmuşdu.

“Alyans Arena”da keçirilən bu matça Bakı vaxtı ilə saat 23:00-da start verilib. Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma ikinci hissənin əvvəlində “Bayern” oyunda dönüş yaratmağı bacarıb. Matçın sonunda isə Madrid təmsilçisi daha bir qol vurmaqla məhsuldar heç-heçəyə nail olub.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında yarımfinalın digər oyunu sabah Dortmund “Borussiya”sı ilə PSJ arasında baş tutacaq.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
30 aprel

“Bayern” (Almaniya) – “Real” (İspaniya) 2:2
Qollar: Leroy Sane, 53. Harri Keyn, 57 – Vinisius Junior, 24; 83-pen.
Baş hakim: Kleman Turpen (Fransa).
Münhen, “Alyans Arena” stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
arena.az

2Mənbələr