AZ

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Nəqliyyatı

Bakı, 30 aprel, AZƏRTAC

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri gecə saatlarında baş verib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, paytaxtın Rəşid Behbudov küçəsindəki qəza zamanı bir müşahidə kamerası və onun idarəetmə qutusuna zərər dəyib. Digər, 8 Noyabr prospektinin Xəqani Rüstəmov küçəsi ilə kəsişməsində qeydə alınan qəza zamanı isə bir işıqfor dirəyi yarasız hala düşüb.

Hazırda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə həmin işıqforun yenisi ilə əvəzlənməsi işləri aparılır. Sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etmələri xahiş olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla