AZ

“Qalatasaray” Okan Burukla yeni müqavilə imzaladı

Türkiyənin “Qalatasaray” klubu baş məçqçisi Okan Burukla yeni müqavilə imzalayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Okan Burukla yeni müqavilə üçün klubun prezidenti Dursun Özbek görüşüb və razılığa gəlib.

Məlumata görə, Buruk “Prezident, rəqəmə siz qərar verin” deyərək 2 illik müqaviləyə imza atmağa razılıq verib.

Razılaşma mayın 25-də “Qalatasaray”da keçiriləcək prezident seçkilərindən sonra rəsmən açıqlanacaq. İllik 20 milyon lirə qazanan təcrübəli baş məşqçinin maaşı ən azı 100 faiz artırılacaq.

Qeyd edək ki, bu mövsüm “Qalatasaray" Türkiyə Super Liqasında xallarını 93-ə çatdıraraq liderliyini davam etdirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
47
Mənbələr
Şərh ()
Bağla