Bakı. Trend:
Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın RespublikaYanıq Mərkəzində vəfat edib.
Trend xəbər verir ki, aprelin 19-da rayon sakini 2002-ci iltəvəllüldü Röyal Tağıyev qeyri-rəsmi münasibətdə olduğu Şəmkirrayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın üzərinəbenzin tökərək yandırıb.
T.Məmmədova 3-cü dərəcəli yanıq xəsarətləri alaraq RespublikaYanıq Mərkəzinə yerləşdirilmişdi.
Qeyd edək ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayətişi başlanılıb, R. Tağıyev polis əməkdaşları tərəfindən şübhəlişəxs qismində saxlanılıb.