AZ

“COP29 sülh prosesinin nəticəsidir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“COP-29 müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbir olacaq. Bu platformada qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək, ölkəmizə 10 minlərlə xarici qonaq gələcək. Təbii ki, COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var, həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Buna görə, Təşkilat Komitəsinin (TŞ) tərkibi bir qədər də genişləndirildi. Ötən həftə Almaniyada keçirilən “15-ci Petersberq İqlim dialoqu”nun yüksək səviyyəli Seqmentində çıxışı zamanı dövlət başçımız da bəyan etdi ki, Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir. Biz Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir: “Ölkəmiz yaxşı nəticələrə nail olmaq üçün əlindən gələni edir. Burada diqqət eyni zamanda Azərbaycanın COP29-da sədrliyinin sülh prosesindən qaynaqlanmasına yönəlir.

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən beynəlxalq forumda bəyan etdiyi kimi, COP29 sülh prosesinin nəticəsidir. Budəfəki COP-un mövzusu maliyyə olmasına baxmayaraq, ev sahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edə bilərik və belə məsələlərdən biri sülh olacaq.

Ümumiyyətlə, COP29-a ev sahibliyi etmək Azərbaycan üçün böyük məsuliyyətdir. Prezident İlham Əliyevin iqlim dialoqunda bəyan etdiyi kimi, biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq”.

Deputat bildirib ki, Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə artıq nəhəng layihələr icra etməkdədir: “Azərbaycanın verdiyi əsas mesaj bundan ibarətdir ki, faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar.

COP-29-da eyni zamanda müasir çağırışlar, innovasiya məsələləri də geniş müzakirə olunacaq.

Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq.

Təsadüfi deyil ki, ötən ilin sonu, tədbirin keçirilməsinə 11 ay vaxt qalmış məhz ilk müşavirə Cənab Prezidentin sədrliyi ilə keçirildi. Dərhal bütün hazırlıq işlərinə start verildi, dövlət başçımız bütün lazımi tapşırıqları verdi.

Beləliklə, Azərbaycan neft-qaz ölkəsi kimi həm də yaşıl enerjiyə öz münasibətini göstərəcək. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda Azərbaycanın enerji siyasətinin prioritetidir. COP29 vasitəsilə bu, bir daha dünyaya bəyan olunacaq. Bu vaxta qədərki təcrübələri nəzərə alsaq, əminliklə söyləmək olar ki, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmayan bu böyük tədbir ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq”.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
5
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
4
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3
Röyanın biabırçı videosu yayıldı
3
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
3
Orxanın trekindən imtahanda istifadə olundu
2
Ukraynanın "Neptun" raketi məhv edildi
2
İstanbul Hava Limanı Avropanın ən işlək hava limanı seçilib
2
Ordumuzun qazandığı Zəfər Qərbi Azərbaycana yol acdı
2
"Huawei" yeni orta qiymətli smartfonunu təqdim etdi (FOTO)
2
Микаил Джаббаров обсудил с грузинским министром перспективы сотрудничества - ФОТО
2
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu
2
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
2
Türk Mətbəx Həftəsi 2024-cü ildə “Ege ləzzətlərini” vurğulayır
2
Sahibə Qafarova BMT-nin Baş direktoru ilə görüşüb
2
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
2
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
2