AZ

İlk fərdi xərçəng peyvəndi yaradılıb

Onkoloji xəstəliklər ölüm səbəbləri siyahısında əsas yerlərdən birini tutan ən təhlükəli xəstəliklər arasında qalmaqda davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Britaniya alimləri xərçəngin müalicəsində yeni kəşf ediblər.

Melanoma müalicəsi ən çətin xərçəng növlərindən biridir. Britaniya alimləri xərçəngin ən çətin növlərindən olan melanomaya qarşı mRNT vaksini hazırlayıblar.

Bu vaxsin sınaqların ilk mərhələsindən uğurla keçib.

Bu peyvəndin əsas üstünlüyü onun eksklüzivliyidir. O, hər xəstə üçün fərdi olaraq hazırlanır və bədəni xərçəng hüceyrələrini müstəqil şəkildə aşkar etməyə məcbur edən immunitet sistemini işə salmaq üçün tənzimlənir.

Tədqiqat koordinatorları bildirirlər ki, yeni məhsul yaxşı potensiala malikdir və xərçəngi əbədi olaraq müalicə edə bilər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
7
Mənbələr
Şərh ()
Bağla