AZ

Ülviyyə Fətəliyeva, Rauf Məmmədovun həyat yoldaşı və son - FOTO

Yunanıstanın Rodos adasında keçirilən qadın şahmatçıların 24-cü Avropa çempionatı başa çatıb.

İdman.biz xəbər verir ki, İsveçrə sistemi ilə 10 turdan ibarət olan turnirin axırıncı günündə Azərbaycan şahmatçıları da son sınaqlarına çıxıblar.

Yarışın lideri Ülviyyə Fətəliyeva son turdakı heç-heçə ilə Avropa çempionu olub. O, bu titula sahib çıxan ilk azərbaycanlı kimi tarixə düşüb.

Medal şansına malik Günay Məmmədzadə isə heç-heçə edərək 6-cı yerlə kifayətlənib. Onunla sülhə imza atan və eyni sala malik yığmamızın şahmatçısı Rauf Məmmədovun həyat yoldaşı Nataliya Buksa gümüş mükafat qazanıb.

Son turdakı məğlubiyyət Xanım Balacayeva və Səbina İbrahimovanın eyni xal toplaması və mükafata iddiasına, ən azı “10-luq”da yer almasına mane olub. Azərbaycan duelində İbrahimovanı üstələyən Gövhər Beydullayeva təmsilçilərimiz arasında üçüncü olub – 11-ci yer. “10-luğ”a düşən şahmatçılar Dünya kubokuna vəsiqə qazandığından Ülviyyə və Günay gələn il bu mötəbər turnirdə oynamaq hüququ qazanıb. Günay isə turnirin 1 addımlığında qalıb.

Turun digər Azərbaycan qarşılaşmasında Gülnar Məmmədova Ayan Allahverdiyevaya qalib gəlib.

Avropa çempionatı, Qadınlar
X tur, 29 aprel

Nino Batsiaşvili (Gürcüstan) - Ülviyyə Fətəliyeva – 0,5:0,5
Nataliya Buksa (Ukrayna) - Günay Məmmədzadə – 0,5:0,5
Xanım Balacayeva – Nadya Tonçeva (Bolqarıstan) – 0:1
Səbina İbrahimova - Gövhər Beydullayeva – 0:1
Gülnar Məmmədova - Ayan Allahverdiyeva - 1:0
Hanna Mari (Almaniya) - Nərmin Abdinova – 1:0
Nino Kordzadze (Gürcüstan) - Ləman Hacıyeva – 0:1
Səbinə Rzalı – Zuzana Borosova (Slovakiya) – 0,5:0,5

Turnir cədvəli: 1. Ülviyyə Fətəliyeva - 8,5, 2. Nataliya Buksa (Ukrayna) – 7,5, 3. Lela Cavaxişvili (Gürcüstan) – 7,5... 6. Günay Məmmədzadə - 7,5, 11. Gövhər Beydullayeva – 7, 21. Xanım Balacayeva – 6,5, 25. Səbina İbrahimova – 6,5, 44. Gülnar Məmmədova – 6, 78. Səbinə Rzalı – 5, 85. Ayan Allahverdiyeva – 5, 92. Nərmin Abdinova – 5, 97. Ləman Hacıyeva – 5.

Qeyd edək ki, çempionatda 182 şahmatçı mübarizə aparıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
4
Mənbələr
Şərh ()
Bağla