AZ

"Ferrum Kapital" bir qədər kiçilib - VƏZİYYƏTİ MƏLUM OLDU - HESABAT

"Ferrum Kapital" QSC 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.

FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, QSC ötən ili 2 milyon 265 min manat xalis mənfəətlə başa vurub. Bu 2022-ci illə müqayisədə 131 min manat və ya 6,1% çoxdur.

Hesabat dövründə şirkət 573,9 min manat mənfəət vergisi ödəyib. Bu da illik müqayisədə 39,8 min manat (7,5%) çoxdur.

Ötən il "Ferrum Kapital" ın faiz gəlirləri 18 milyon 53 min manat, xərcləri 4 milyon 444 min manat, faiz gəlirləri üzrə xalis marja 13 milyon 608 min manat  təşkil edib.

İllik müqayisədə faiz gəlirləri 4 milyon 830min manat (36,5%), xərcləri 152 min manat (3,5%), faiz gəlirləri üzrə xalis marja 4 milyon 678 min manat (52,4%) artıb.

Xəbər yenilənəcək...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla