AZ

Vilayət Eyvazov onu rəis təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Ulusal.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitanı Natiq Həsənov İsmayıllı rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Həsənov bu təyinatadək Ağdaş rayon Polis Şöbəsinin DYP bölməsinin yol-patrul xidmətinin baş inspektoru vəzifəsində çalışıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
23
Mənbələr
Şərh ()
Bağla