AZ

"Cərimən varsa, 20 faiz endirimlə ödə" - Dələduzlar yeni yola əl atdılar - VİDEO

"Cərimən varsa, 20 faiz endirimlə ödə" - Dələduzlar yeni yola əl atdılar - VİDEO

İnsanların ayıq-sayıq olmalı olduğu bir sıra məsələlər var. Azərbaycanda onlayn cərimələrin ödənilməsi ilə bağlı səhifələr var. İnsanları şirnikləndirmək üçün xüsusi endirimlər də təklif edirlər. Çətini şəxsi məlumatları həmin səhifədə yerləşdirməkdir. Bundan sonra isə dələduzların toruna düşmüş hesab olunursunuz.

Sonxeber.az xəbər verir ki, dayan və durma qaydalarını pozduğu üçün 20 manat məbləğində cərimə olunan Elcan İsmayılov ARB Xəbərə danışıb. Elcan İsmayılov bu baxımdan onlarla zərərçəkənlərdən biridir. Ödəməli olduğu pulun nə az nə də çox düz 8 qatını dələduzların ərsəyə gətirdiyi "portal"da oğurladıb.

"Sosial şəbəkələrdə qarşıma bir post çıxdı. Cərimənin ödənilməsi ilə bağlı 20 faiz endirim var idi. Mənə də maraqlı gəldi. Portala daxil oldum. Fin kodumu yazdım və cərimələrim həqiqətən orada qarşıma çıxdı. Mənimdə orada 20 manat cəriməm var idi. Onu ödəmək istəyirdim. Şəxsi məlumatlarımı və kartın CVV kodunu daxil etdim. Gözləmədiyin anda kartımdan 20 manat əvəzinə 160 manat hamısı çıxıldı. Bundan sonra kartımda məbləğ olmayanda kartımdan pul çıxma tələbi gəldi və banka zəng edərək kartı bloklatdım.

Maraqlısı odur ki, insanların pullarını belə asan yolla pullarını talan edən fırıldaqçılar onların şəxsi məlumatlarını hardan bilir. Şəxsi məlumatlar bir yana, bəs cərimələri necə?

Ətraflı ARB Xəbərin süjetində :

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla