AZ

Xoş xasiyyəti ilə balaca pasiyentlərinin rəğbətini qazanmış həkim - Saleh Aslanov

“Həkimlərimizi tanıyaq!” rubrikamızda xoş xasiyyəti ilə balaca pasiyentlərinin rəğbətini qazanmış Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin müdiri Saleh Aslan oğlu Aslanovdan bəhs edəcəyik.

 

O, 1970-ci ildə Qəbələ rayon Qəmərvan kəndində anadan olub. 1987-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin Pediatrya fakültəsinə daxil olub, 1994-cü ildə həmin universiteti həkim-pediatr ixtisası üzrə bitirib. 1994-1995-ci illərdə Qəbələ Rayon Uşaq Xəstəxanasında internatura keçib.

 

Saleh Aslanov 1995-1998-ci illərdə Qəbələ Rayon Uşaq Xəstəxanasında həkim-pediatr, 2005-2009-cu illərdə Qəbələ Rayon Uşaq Xəstəxanasında şöbə müdiri, 2009-2011-ci illərdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Pediatrya şöbəsində həkim-pediatr, 2011-2019-cu illərdə Qəbələ RMX-nın Pediatrya şöbəsinin müdiri, 2019-cu ildə Sağlam Həyat Tibb Mərkəzində həkim-pediatr vəzifələrində çalışıb. O, 2019-cu ildən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinin müdiridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
aztibb.az

1Mənbələr