AZ

Türkiyədə ağır qəza: 10 yaralı var

Türkiyədə sərnişin mikroavtobusu aşıb. Qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Bakupost.az xəbər verir ki, hadisə Qaziantepdə baş verib. Avtobus Çayıroba Məhəlləsində aşıb.

Qəza yerinə çoxlu təcili yardım maşınları göndərilib.

İlkin məlumata görə, qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Qəzada yaralananlar xəstəxanalara aparılıb.


Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
bakupost.az

1Mənbələr