AZ

Yeni dollar istiqrazları buraxılır – İLLİK GƏLİR 10% - ŞƏRTLƏR

Azərbaycanda yeni, yüksək gəlirli dollar istiqrazlarının buraxılması nəzərdə tutulur.

FED.az xəbər verir ki, «Ekolizinq» MMC şirkəti ümumi həcmi 250 min dollar olan dollar istiqrazlarının buraxılışını Bakı Fond Birjasında qeydiyyatdan keçiririb.

Şərtlərə əsasən, bu buraxılış çərçivəsində hər birinin qiyməti 1000 dollar olan 250 ədəd istiqraz buraxılacaq.

İstiqrazın giqqəti çəkən cəhəti dollarla buraxılsa da, gəlirliyin kifayət qədər yüksək olmasıdır. Şərtlərə görə, istiqrazlar illik 10% gəlir gətirəcək. Bu – son dövrlər ölkədə buraxılan ən yüksək gəlirli dollar istiqrazıdır.

Şirkətin bununla bağlı məlumatında deyilir ki, istiqrazlar 36 aylıq, yəni 3 il müddətinə buraxılır, faizlər ayda bir dəfə ödəniləcək.

İstiqraz buraxılışının anderrayteri ölkənin tanınmış investisiya şirkətlərindən olan «İNVEST-AZ İnvestisiya Şirkəti» QSC-dir. Sözügedən şirkət 2016-cü ildə İqtisadiyyat Nazirliyindən verilmiş lisenziya əsasında qiymətli kağızlar bazarında əsas və yardımçı investisiya xidmətləri göstərən peşəkar investisiya şirkətidir.

Şərtlərə görə, istiqrazlar hərrac vasitəsilə yerləşdiriləcək, ən yüksək qiymət təklif edən investor istiqrazı alacaq. Qiymətlər eyni olsa, istiqrazlar sifarişlərin həcminə uyğun olaraq proporsional bölünəcək.

İstiqraz barədə daha ətraflı məlumat və şərtlər barədə ətraflı məlumatı buradan əldə etmək olar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla