AZ

Şəmkirdə avtomobil dəmir ara kəsməyə çırpıldı - SÜRÜCÜ ÖLDÜ

Şəmkirdə sürücünün idarəetməni itirməsi nəticəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb. 

Hərəkətdə olan BMW  markalı minik avtomobili yoldan çıxaraq dəmir ara kəsməyə çırpılıb.
Qəza nəticəsində maşının sürücüsü, rayonun Mahmudlu kənd sakini 1985-ci il təvəllüdlü Aslan Kirov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə  xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
50
bizim.media

10Mənbələr