AZ

Kəlbəcərdə qəza - 5 nəfər yaralandı

Kəlbəcər rayonunda yol qəzası baş verib. 

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonda Qozlukörpü deyilən ərazinin yaxınlığında qeydə alınıb. 

Şirkətlərdən birinə məxsus "DAF" avtomobili ilə "VAZ 21 015" markalı avtomobil toqquşub. Qəza zamanı beş nəfər xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. 

Faktla bağlı araşdırmaya başlanılıb.

Yunis Quliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
157
50

1Mənbələr

Şərh ()
Bağla