AZ

İnsan alverçisi olan qadının şikayəti təmin edilmədi

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Natavan Kazımovanın barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Qeyd: Bir neçə il əvvəl axtarışa verilmiş Kazımova Natavan İbrahim qızı barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci, yəni, insan alveri - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə 12 qız zərərçəkən şəxs qismində tanınıb. 

 

İttihama görə, o, qadınları 2017-ci illərdə Türkiyəyə apararaq kişilərlə cinsi əlaqəyə cəlb edib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 3 ay müddətin azadlıqdan məhrum edilib. Ev dustaqlığında olmuş Natavan Kazımova məhkəmə iclas zalından dərhal həbs olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmıəyib.

 

Kamal Məmmədov

 

Tarix: 30 Aprel 2024, 08:03   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla