AZ

Cenevrədə Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib

Bakı. Trend:

29 aprel 2024-cü il tarixində minatəmizləmə sahəsində donorölkələrin əlaqələndirmə formatı olan “Minatəmizləməyə Dəstək üzrəQrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycanaminatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirəedilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlərNazirliyindən məlumat verilib.

İclasda iştirak edən Azərbaycan Respublikası Xarici İşlərNazirliyi və ANAMA-nın nümayəndələri Ermənistan tərəfindənölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, minaqurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər vəçətinliklər, ehtiyac duyulan xarici yardımlar və mina problemisahəsində Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında toplantıiştirakçılarını məlumatlandırıblar.

Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına,işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurmaişlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən minaprobleminin tezliklə aradan qaldırılmasına lazımi ölçüdə xaricidəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb.

Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh vəbarışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb.

Tədbirdə ölkəmizdəki mina probleminin bu və ya digər aspektlərihaqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərinhəlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
21
Mənbələr
Şərh ()
Bağla