Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə baş direktoru Qert Yan Kopman aprelin 30-dan mayın 4-ü tarixlərində Cənubi Qafqaz ölkələrinə səfər edəcək.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının İrəvandakı nümayəndəliyinə istinadən məlumat yayılıb.
Məlumata görə, baş direktor aprelin 30-da Ermənistana, daha sonra Gürcüstan və Azərbaycana səfər edəcək.
“Səfərin məqsədi ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə etmək, həmçinin yeni təşəbbüslərlə çıxış etməkdir”, - nümayəndəlikdən bildirilib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta