AZ

Buzovnada iki avtomobil toqquşub: Azyaşlı qardaş-bacı ağır yaralanıblar

Bakının Xəzər rayonunda azyaşlı bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü T. Axundov və onun bacısı 2018-ci il təvəllüdlü S.Axundova xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
2
oxu.az

10Mənbələr