AZ

Cəlal Hüseynov Sofiyada 90 dəqiqədə oynadı - VİDEO

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatı çərçivəsində ÇSKA 1948 (Sofiya) komandası ilə oyunun iştirakçısı olub.

“Arda” səfərdə baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. Futbolçumuzun komandası 27-ci dəqiqədə hesabı açsa da, 57-ci dəqiqədə bu üstünlüyü əldən verib.

Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

“Arda” bu heç-heçədən sonra Avropa Konfrans Liqasına vəsiqə uğrunda qrupda 40 xalla 3-cü, 16 iştirakçı arasında isə 9-cu pillədə qərarlaşıb. Cəlalın komandası Avropa Konfrans Liqasına vəsiqə qazanmaq üçün dörd iştirakçıdan ibarət bu qrupda birinci (7-ci) yeri tutmalıdır. Hazırda bu pillədə 44 xalla ÇSKA 1948 (Sofiya) qərarlaşıb. “Botev” də eyni xala malik olmasına rəğmən, 8-cidir. Sofiya “Slaviya”sı 36 xalla sonuncu (10-cudur).

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 29 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Seçilən
98
1
Mənbələr
Şərh ()
Bağla