AZ

Cəlal Hüseynov “Slaviya”ya qarşı 90 dəqiqə oynadı - Video

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 2023/2024 mövsümünün 32-ci turu çərçivəsində baş tutan Sofiya “Slaviya”sı ilə oyunun iştirakçısı olub.

“Arda” səfərdə baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 0:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

“Arda” bu heç-heçədən sonra Avropa Konfrans Liqasına vəsiqə uğrunda qrupda 41 xalla 3-cü, 16 iştirakçı arasında isə 9-cu pillədə qərarlaşıb. Cəlalın komandası Avropa Konfrans Liqasına vəsiqə qazanmaq üçün dörd iştirakçıdan ibarət bu qrupda birinci (7-ci) yeri tutmalıdır.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 30 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
5
arena.az

6Mənbələr