AZ

Göyçayda qətldə şübhəli bilinən şəxs saxlanılıb

Göyçayda

Göyçay, Rəşad Türkoğlu, AZƏRTAC

Göyçayda qətl hadisəsi baş verib. Hadisə axşam saatlarında rayonun Qaraxıdır kəndi ərazisində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb. Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
16
azertag.az

10Mənbələr