- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ermənistanın MediaHub portalı məlumat yayıb.
Nəşrin məlumatına görə, hazırda respublikanın hakimiyyət orqanları inaqurasiyanın keçirilməli olduğu mayın 7-də Moskvaya səfər etməmək qərarına gəliblər.
Baş nazirin mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammiti üçün Rusiya paytaxtına uçacağı bildirilir.
Eyni zamanda o, 9 May Qələbə Günü qeyd etməsində də iştirak etməyəcək.
Nəşrin məlumatına görə, baş nazirin aparatının mətbuat xidməti Paşinyanın səfərləri ilə bağlı bütün lazımi məlumatları optimal vaxt çərçivəsində ictimaiyyətə çatdırdıqlarını bildirib.
Nazlı