Fransanın aparıcı universitetlərindən biri olan Sorbonnada tələbələr Fələstin üçün nümayiş keçirib.
525.az xəbər verir ki, paytaxt Parisdə Sorbonna Universitetinin binası qarşısına yüzlərlə tələbə toplaşıb. Qəzzada böhrana və İsrailin hücumlarına etiraz edən tələbələr oturaq aksiya keçirərək Fələstin bayrağı açıb. Bundan əlavə, nümayişçilər kampusda çadırları ilə düşərgə salıb.
Qeyd edək ki, universitetin qarşısında sıx təhlükəsizlik tədbirləri görülərkən, polis etirazçı tələbələrin yerləşdiyi ərazini mühasirəyə alıb.
Məhəmməd Tağıyev
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta