Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman Cənubi Qafqaza səfər edəcək.
Publika.az xəbər verir ki, onun Ermənistan, Gürcüstan və Azərbaycana səfəri 30 aprel - 4 may tarixlərində baş tutacaq. Kupman 3-4 may tarixlərində Azərbaycana gələcək.
Kupmanın ikitərəfli və regional əməkdaşlıq, eləcə də yeni təşəbbüslərin irəli sürülməsi ilə əlaqədar məsələləri müzakirə edəcəyi proqnozlaşdırılır.