AZ

Millimiz Albaniya ilə bu stadionda qarşılaşacaq

Azərbaycan milli komandasının Albaniya yığması ilə keçirəcəyi yoxlama oyununun yeri və başlama saatı məlum olub. Msport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüş Macarıstanın Sombattxey şəhərində olacaq.

8903 tamaşaçı tutumuna malik “Haladas” stadionunda keçiriləcək Albaniya – Azərbaycan matçı iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Albaniya yığması Avro-2024-ün final mərhələsində çıxış edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
msport.az

10Mənbələr