Dünya İqtisadi Forumunun xüsusi sessiyasında Qəzzadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparıalacaq.
Azpost.info xəbər verir ki, bu barədə forumun prezidenti Börge Brend bildirib.
Onun sözlərinə görə, sessiya zamanı bir sıra ölkələrin yüksək səviyyəli nümayəndələri məsələ ilə bağlı müzakirələrə qoşulacaqlar.
“O cümlədən ABŞ dövlət katibi, Səudiyyə Ərəbistanı, Qətər və Misirin xarici işlər nazirləri Qəzzadakı münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparacaqlar”, – Brend deyib.
Azpost.info