AZ

Şimali Koreya şimal sərhədi yolunu minalayıb

Şimali Koreya hərbçiləri Koreya Respublikası ilə sərhəddə - demilitarizasiya zonasında yolu minalayıb. Bu barədə "Yonhap" agentliyi Cənubi Koreya ordusu məlumat yayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Minalar Çeorvon dairəsi yaxınlığındakı torpaq yola basdırılıb. Yol 2018-ci ildə Koreyalararası razılaşma əsasında ərazidə həlak olan əsgərlərin qalıqlarının çıxarılması üçün birgə səyləri asanlaşdırmaq üçün salınmışdı.

"Şimali Koreya ötən ilin sonlarında 2018-ci il 19 sentyabr tarixli hərbi razılaşmadan çıxdığını elan etdikdən sonra yenidən hərbi tədbirlərin tətbiqinə başlayıb. Ordumuz bununla bağlı lazımi addımları atır", - deyə Cənubi Koreya Respublikası ordusunun sözçüsü Li Sung-Jung bildirib. O, Cənubi Koreyanın yolun öz hissəsini minalamayacağına aydınlıq gətirib.

Seçilən
54
4
Mənbələr
Şərh ()
Bağla