AZ

Şimali Koreya hərbçiləri demilitarizasiya zonasında yolu minalayıb

Şimali Koreya hərbçiləri Koreya Respublikası ilə sərhəddə, demilitarizasiya zonasında yolu minalayıb.



NUHÇIXAN xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadla məlumat yayıb.
Minalar Çeorvon dairəsi yaxınlığındakı torpaq yola basdırılıb. Yol 2018-ci ildə Koreyalararası razılaşma əsasında ərazidə həlak olan əsgərlərin qalıqlarının çıxarılması üçün birgə səyləri asanlaşdırmaq üçün salınmışdı.
"Şimali Koreya ötən ilin sonlarında 2018-ci il 19 sentyabr tarixli hərbi razılaşmadan çıxdığını elan etdikdən sonra yenidən hərbi tədbirlərin tətbiqinə başlayıb. Ordumuz bununla bağlı lazımi addımları atır", - deyə Koreya Respublikası ordusunun sözçüsü Li Sung-Jung bildirib. O, Cənubi Koreyanın yolun öz hissəsini minalamayacağına aydınlıq gətirib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
4
nuhcixan.az

4Mənbələr