AZ

“Liverpul”da Salah dövrü bitir

“Liverpul”un futbolçusu Məhəmməd Salah yayda İngiltərə klubundan ayrıla bilər.

Msport.az “Football Insider” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubları 31 yaşlı vingeri transfer etmək istəyir. İngiltərə klubu 150 milyon funt-sterlinqlik təklif gələcəyi təqdirdə təcrübəli ön xətt oyunçusunu satmağa hazırdır.

Qeyd edək ki, “Liverpul” Məhəmməd Salahı 2017-ci ilin yayında “Roma”dan transfer edib. Misir yığmasının üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 41 rəami matçda 24 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

Seçilən
107
19
Mənbələr
Şərh ()
Bağla