AZ

Bu üç ölkə bəyanat yaydı: Rusiya “hibrid hücumlar” edir

Estoniya, Litva və Latviyanın xarici işlər nazirləri Rusiyanı GPS sistemini sıxışdırmaqda ittiham ediblər. Bu, Baltik dənizi regionunda aviasiyaya müdaxilə yaradır.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” yazıb.

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib: “Rusiya sərhədinə yaxın Baltik regionunda vəziyyət diqqətdən kənarda qalmayacaq qədər qeyri-sabitdir”.

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib: “Biz GPS ilə baş verənləri Rusiyanın düşmən hərəkətlərinin bir hissəsi kimi qəbul edirik və bunu mütləq müttəfiqlərimizlə müzakirə edəcəyik”.

O, bunların "hibrid hücumlar" olduğuna inandığını bildirib.

2024-cü ilin martında Böyük Britaniyanın müdafiə naziri Qrant Şappsın və bir qrup jurnalistin olduğu RAF təyyarəsi Polşadan qayıdarkən Kalininqrad yaxınlığında siqnalı itirib.

Seçilən
11
16
Mənbələr
Şərh ()
Bağla

Reytinq