AZ

Gürcüstanın hakim partiyası 4 Aİ ölkəsinin nazirlərini ölkəyə buraxmamağa çağırdı- ölkəni qarışdıracaqlar...

Image

Avropa İttifaqına üzv olan dörd ölkənin xarici işlər nazirləri Gürcüstana gəlir. Bu barədə bəyanat yayan Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası xəbərdarlıq edib ki, onların buraya gəlməkdə məqsədi radikalizmi və ölkənin daxili işlərinə əsassız müdaxiləni artırmaqdır.

“Hesab edirik ki, hökumət bu siyasətçilərin ölkəyə daxil olub-olmamasını müzakirə etməlidir. Onlar rəsmi şəkildə bildirdilər ki, ölkəyə səfərlərinin məqsədi Gürcüstanın “Qərb kursunu” dəstəkləməkdir. Əslində, hamı yaxşı bilir ki, bu insanlar açıq şəkildə Milli Hərəkatı dəstəkləyir və Gürcüstan hökumətinə qarşı hücuma keçiblər. Bunu təsdiqləyən çoxlu fakt var", - deyə bəyanatda vurğulanıb.

Qeyd edilib ki, Gürcüstana gələnlər arasında Qabrielius Landsbergis (Litva), Marqus Canka (Estoniya), Thordis Gilfadotri (İslandiya) və Baiba Braze (Latviya) yer alır. Həmçinin Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot, Litva Seyminin Xarici Əlaqələr Komitəsinin sədri Zigimantas Pavilionis və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen də var.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
3
baki-xeber.com

10Mənbələr