AZ

Budapeşt yeni Olimpiya təşəbbüsünün həyata keçirildiyi məkana çevriləcək

Budapeşt

Budapeşt, 29 aprel, AZƏRTAC

İyunun 20-dən 23-dək Budapeştdə BMX-fristayl, küçə və park skeytbordinqi, breykinq, eləcə də, boulderinq, sürətli və idman qayayadırmanması üzrə ən yaxşı idmançılar birinci Olimpiya təsnifat seriyası çərçivəsində yarışacaqlar.

AZƏRTAC xəbər verir ki, bu tədbir Beynəlxalq Olimpiya Komitəsinin yeni təşəbbüsünün bir hissəsinə çevriləcək.

İlk dəfə təşkil olunacaq dünya yarışması Macarıstanda Tədbirlərin Təşkili üzrə Agentlik və Olimpiya Komitəsi tərəfindən Müdafiə Nazirliyinin idman üzrə dövlət katibliyinin və milli federasiyaların iştirakı ilə hazırlanıb.

İki mərhələdən ibarət olan birinci tur mayın 16-19-da Şanxayda, ikinci tur Budapeştdə keçiriləcək. İştirakçılar builki Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün hər iki yarışda yaxşı çıxış etməlidirlər.

Macarıstan Olimpiya Komitəsinin prezidenti Jolt Dülay macar idmançıların iştirakını alqışlayıb.

“Olimpiya təsnifat seriyası macar idmançıları üçün bu yeni idman növlərində öz bacarıqlarını nümayiş etdirməkdə gözəl fürsətdir”, - deyə o vurğulayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
18
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq