AZ

Bu ölkələr Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini DƏSTƏKLƏDİ

Türkiyə Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib.

 

Sfera.az bildirir ki, bu barədə “NU.nl” saytı məlumat yayıb. Qeyd olunub ki, sözügedən namizəd alyansa üzv olan 32 ölkədən 28-nin dəstəyinə arxalana bilər.

 

“Türkiyə Prezidenti Rutteyə NATO-nun liderliyi kampaniyasının gələcək gedişində uğurlar arzulayıb”, - nəşr qeyd edib.

 

Məlumata görə, Rutteyə Amerika Birləşmiş Ştatları da dəstək verir:

 

“Vaşinqtonun dəstəyi çox vaxt həlledici olur, lakin Ruttenin təyinatı bütün üzv dövlətlərin razılığını tələb edir. Alyansın baş katibi vəzifəsinə onun namizədliyi ilə hələ də razılaşmayanlar yalnız Rumıniya, Slovakiya və Macarıstandır. Təyinata ən böyük etirazın Macarıstanın baş naziri Viktor Orban tərəfindən olması gözlənilir”.

 

Qeyd edək ki, NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2022-ci il oktyabrın 1-də vəzifəsini tərk etməli idi. 2022-ci ilin martında keçirilən sammit zamanı alyansa üzv ölkələrin liderləri Ukrayna münaqişəsinə görə onun mandatını 2023-cü il sentyabrın 30-na kimi uzatmaq qərarına gəliblər. İyul ayında Stoltenberq 2024-cü il oktyabrın 1-dək vəzifəsində qalacağını bəyan edib.

 

Xatırladaq ki, NATO-nun ən uzun müddət vəzifəsini icra edən baş katibi hollandiyalı Yozef Luns olub. O, 1971-ci ildən, yəni 13 il vəzifədə qalıb.

 

Öz növbəsində Stoltenberq 9 ildir ki, vəzifədədir.

 

Günay

Seçilən
149
1
Mənbələr
Şərh ()
Bağla