AZ

Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU

Fransa seçiciləri Avropa Parlamentinə (AP) iyunda keçiriləcək seçkilərdən Fransa Prezidenti Emmanuel Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcəklər.
 
“Report” “Brüssels Signal”a istinadən xəbər verir ki, bu, Fransa İctimai Rəy İnstitutunun (IFOP) keçirdiyi sorğunun nəticələrinə əsasən məlum olub.
 
Sorğuya görə, respondentlərin 37 faizi Avroparlamentdəki səslərini Makronun siyasətinə qarşı olduqlarını ifadə etmək üçün vermək niyyətindədirlər.
 
Respondentlərin 58 faizi isə vurğulayıblar ki, onların səsvermə qərarlarına Avropa İttifaqının ümumi problemlərindən daha çox milli məsələlər təsir edəcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla