AZ

Paşinyan Putinin andiçmə mərasiminə getməyəcək

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Moskva vaxtı ilə saat 12.00-da baş tutacaq. Rusiyada keçirilən prezident seçkilərindən sonra gündəmdə olan məsələlərdən biri də Nikol Paşinyanın mərasimdə iştirak etmək üçün Rusiyaya gedib-getməyəcəyi olub.

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, hazırda getməməyə qərar verilib. Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır.

Saytın mənbəsinin məlumatına görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Ancaq Paşinyan mayın 9-da Qələbə Günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir.

"News.am" hökumətin mətbuat xidmətindən məlumatın düzgünlüyünə aydınlıq gətirməyə çalışıb və orada aşağıdakıları bildiriblər:

“Biz Baş nazirin bütün səfərləri barədə operativ şəkildə adekvat məlumat veririk”.

T.İSMAYIL

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla