AZ

Netanyahu bu həftə həbs edilə bilər

“The Times of Israel” qəzetinə danışan adı açıqlanmayan yüksək rütbəli İsrail rəsmisi bildirib ki, İsrail Milli Təhlükəsizlik Şurası baş nazir Binyamin Netanyahu da daxil olmaqla yüksək səviyyəli siyasətçilər üçün mümkün həbs orderinin qarşısını almaq üçün çalışır.

News24.az xəbər verir ki, İsrail rəsmisi bildirib ki, BCM-nin mümkün həbs qərarının əsasını təşkil edəcək əsas element İsrailin "Qəzzadakı fələstinliləri qəsdən aclıqdan öldürmək" olacağını vurğulayıb.

ABŞ-ın mümkün həbs orderinin qarşısını almaq üçün diplomatik səylər göstərdiyinə dair iddialar təsdiqlənib.

Təl-Əviv rəhbərliyində İsrail ordusunun Qəzzada törətdiyi cinayətlərə görə ICC-nin çıxara biləcəyi qərarla bağlı narahatlıqlar artır.

Məsələ ilə bağlı ötən həftə İsrail baş nazirinin ofisində “fövqəladə iclas” keçirilib.

HƏBS QƏRARI BU HƏFTƏ VERİLƏ BİLƏR

“The Times of Israel” qəzetinə danışan başqa bir israilli diplomat isə Xarici İşlər Nazirliyinin də bu səylərdə iştirak etdiyini bildirib və “Mümkün olan yerdə fəaliyyət göstəririk” deyib.

İsrailli hərbi analitik Amos Harel bildirib ki, Təl-Əviv administrasiyası ICC-nin baş prokuroru Kərim Xanın bu həftə ərzində Netanyahu, müdafiə naziri Yoav Gallant və Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderi verə biləcəyi ehtimalı ilə işləyir.

İsrail ordusunun beynəlxalq sözçüsü Nadav Şoşaninin İsrailin Qəzza sahillərində üzən dok tikintisi ilə bağlı verdiyi brifinq BCM-nin mümkün qərarının qarşısını almaq səyləri arasında diqqəti çəkir.

BƏS BAYDEN NİYƏ SAKİTDİR?

“Jerusalem Post” qəzetinə danışan bir İsrail diplomatı ABŞ administrasiyasının susqunluğuna işarə edərək, “ABŞ prezidenti Bayden haradadır? İsrail günah keçisi elan edilərkən niyə susur?” sualını verib. 

İsrail diplomatı iddia edib ki, ABŞ-ın açıq və ya taktiki dəstəyi olmadan BCM baş nazir Netanyahu və İsrail ordusunun yüksək səviyyəli liderlərinə qarşı tədbir görə bilməyəcək.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
news24.az

1Mənbələr