AZ

"Cəbhədə vəziyyət ağırdır, lakin hələlik nəzarət altındadır" - Sırski

 
"Rusiya ordusu strateji təşəbbüsü ələ almağa cəhd edərək bütün döyüş təması xətti boyunca hücuma keçib..."
 
"Düşmən bütün istiqamətlərdə müəyyən taktiki uğurlar əldə etsə də, operativ üstünlüyə nail ola bilməyib..."
 
Ukrayna Silahlı Qüvvələrinin Komandanı general-polkovnik Aleksandr Sırski cəbhədə vəziyyətin kəskinləşməsi barədə məlumat verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "24tv.ua" nəşri yazıb.
 
Onun sözlərinə görə, Rusiya ordusu strateji təşəbbüsü ələ almağa cəhd edərək bütün "döyüş təması" xətti boyunca hücuma keçib.
 
Bu zaman Rusiya qoşunları cəbhəni yarmağa cəhd edərək, öz səylərini bəzi istiqamətlərdə cəmləşdirir, bununla da qüvvə və vasitələrdə xeyli üstünlük əldə edib.
 
Bunun nəticəsi olaraq rusiyalılar bəzi yerlərdə taktiki uğur əldə edib. Lakin vəziyyət çox dinamikdir, ayrı-ayrı mövqelər sutka ərzində bir neçə dəfə "əldə-ələ" keçir.
 
Sırski USQ-nin Rusiya qoşunlarının hücumunu dayandırmağa nail olduğu yerləri sadalayıb. Bunlar Kupyan istiqamətində Stelmaxovka və Berestovo kəndləri, Seversk istiqamətində Beloqorovka və Razdolevka rayonları, Kramatorsk istiqamətində İvanovo və Çasov Yar yaşayış mənqəqələridir.
 
Ən mürəkkəb vəziyyət şiddətli döyüşlərin getdiyi Pokrovka və Kuraxovka istiqamətlərində yaranıb. Rusiyalılar orada dörd briqadanı cəlb edərək USQ-ni Berdiçev, Semenyovka və Novomixaylovkadan qərbə yeni mövqelərə sıxışdıra bilib.
 
"Bütövlükdə bu istiqamətlərdə düşmən müəyyən taktiki uğurlar əldə edib, lakin operativ üstünlüyə nail ola bilməyib", - Sırski qeyd edib.
 
Döyüşlər Zaporojye və Xerson vilayətlərində gedir. Rusiya ordusu Novopavlovsk istiqamətində Staromayorsk rayonunda, Orexovo istiqamətində Robota və Verbovoye rayonunda, Xerson istiqamətində Krınki yaşayış məntəqəsində hücuma keçib, heç bir yerdə də xüsusi uğur qazanmayıb.
 
Bununla birlikdə Ukrayna Müdafiə Qüvvələri Sinkovka (Kupyansk istiqaməti) və Serebryansk meşəçiliyi (Liman istiqaməti) rayonunda taktiki vəziyyəti yaxşılaşdırmağa nail olub.
 
Ukraynanın şimalında Rusiya qoşunları Sumı və Çerniqov vilayətlərində sərhədyanı yaşayış məntəqələrini atəşə tutmaqda davam edir, həmçinin diversiya-kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Lakin bu istiqamətdə hazırda genişmiqyaslı hücuma hazırlıq əlamətləri yoxdur, Sırski məlumat verib.
 
Hal-hazırda USQ döyüşən hissələrin rotasiyasını davam etdirir, hərbi qulluqçuların hazırlığı, fortifikasiya qurğularının inşası ilə məşğuldur və tərəfdaşlarla tezliklə məhvetmə vasitələri, silah və hərbi texnika alınması üzrə iş aparır.
Seçilən
7
27
Mənbələr
Şərh ()
Bağla