AZ

Keyfiyyətli dondurmanı necə seçək? - AÇIQLAMA

Havanın istiləşməsi ilə dondurma mövsümü də yaxınlaşır. Bəs keyfiyyətli, insan orqanizminə zərərsiz dondurmanı necə seçə bilərik?

Qida eksperti Elsevər Fərzəliyev BiG.AZ-a bildirib ki, normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır. Lakin dondurmanın xammalı olan süd tez xarab olan məhsullara aiddir. Dondurmanın keyfiyyətini göstərən digər amil tərkibindəki sudur. Südünün tərkibinə heç bir əlavə su qatmaq ehtiyacı duyulmur.Tərkibində su olarsa, su və südün tərkibindəki su ayrı-ayrı donma temperaturuna malik olduğundan dondurularkən əlavə edilmiş su kristallar şəklində paylanmış olur:

"Dondurma mövsümü başlayıb deyəndə fikirlərimiz qarışır. Dondurma il ərzində yararlı olan bir məhsuldur. Əgər o dondurma təbii xammaldan hazırlanırsa, ona əlavə edilən dadverici və ətirvericilər təbii inqridentlər olarsa, insan orqanizminə zərəri ola bilməz. İkinci halda dondurma adından görünür ki, soyuq məhsuldur. Dondurma normal insan orqanizminə mənfi təsir göstərmək qabiliyyətinə malikdir. Əgər dondurmanı ard-arda, 3 dondurmanı birdən istifadə etsək, soyuq halda udqunsaq, boğazımıza mənfi təsir edə bilər. Normalda dondurma insana mənfi təsir göstərməməlidir. Çünki onun tərkibində insana mənfi təsir edəcək heç bir inqrident olmamalıdır. Lakin dondurmanın xammalı olan süd tez xarab olan məhsullara aiddir. Dondurma istehsal edərkən ilk keyfiyyət amili südün keyfiyyət göstəriciləri nəzərdə tutulur. Təbii ki, istifadə olunan dondurmanın insan orqanizminə mənfi təsirini araşdırmaq üçün bizdən dərin laboratoriya tədqiqatları tələb olunur. Biz onlar vasitəsilə öyrənə bilərik ki, dondurmanın tərkibində insana təsir edəcək hansı mənfi inqrident mövcuddur. Bir halı da qeyd edim ki, dondurmanın tərkibində toksikoloji məhsul olarsa, zəhərləndirici təsir göstərə və dərhal nəticəsi qida zəhərlınməsi ilə yekunlaşa bilər. Dondurmanın keyfiyyətini göstərən digər amil tərkibindəki sudur. Südünün tərkibinə heç bir əlavə su qatmaq ehtiyacı duyulmur. Buna görə də dondurmanın fiziki xüsusiyyətlərinə gəldikdə o,ağızda asanlıqla əriməlidir. Tərkibində su olarsa, su və südün tərkibindəki su ayrı-ayrı donma temperaturuna malik olduğundan dondurularkən əlavə edilmiş su kristallar şəklində paylanmış olur. Bu hal adətən qumlaşma adlanır".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
big.az

1Mənbələr