AZ

Nigeriyada yol-nəqliyyat qəzasında 19 nəfər ölüb

Nigeriyada

Bakı, 29 aprel, AZƏRTAC

Nigeriyanın mərkəzi Kogi əyalətində yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 19 nəfər həlak olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Federal Yol Təhlükəsizliyi Korpusunun mətbuat katibi Conas Aqvu verdiyi sağ qalan üç nəfərdən birinin ağır yaralı halda dövlət xəstəxanasına çatdırıldığını, hadisə qurbanlarının tanınmaz dərəcədə yandıqlarını bildirib.

Polis yük maşınının sürücüsünün sağ olduğunu və hadisə elə bağlı mühakimə ediləcəyini söyləyib.

Xatırladaq ki, Nigeriyada həddindən artıq yüklənmə, pis yol şəraiti və ehtiyatsız sürücülük nəticəsində tez-tez ölümlə nəticələnən yol-nəqliyyat qəzaları baş verir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
azertag.az

1Mənbələr