AZ

"​Unibank" İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri başa çatıb. Azərbaycan Banklar Assosiasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən səfərdə Unibank İdarə Heyətinin sədri Fərid Abuşov da iştirak edib.
Unibank sədri müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yə edilən ilk geniştərkibli işgüzar səfərin yüksək əhəmiyyət daşıdığını bildirib:“Bu hadisə Azərbaycan-ABŞ arasında bank əlaqələrinin inkişafında mühüm mərhələ oldu. Səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfər çox məhsuldar keçdi. Müxtəlif mövzularda təqdimatlar edildi, bank sektoruna dair müasir həllər, biznes, maliyyə, bank sektoru ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha da möhkəmləndirilməsi məsələlərinə xüsusilə toxunuldu”. Azərbaycanın Bankçılıq Missiyasının ABŞ səfəri çərçivəsində ABŞ Dövlət Departamentində və digər dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Səfər müddətində ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) Baş qərargahında görüş olub, eləcə də "Exim Bank" və "Bank of New York Mellon" (BNY Mellon) kimi nüfuzlu qurumlarla keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşlərdə bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara xüsusi diqqət yetirilib. Mövcud imkanlar, böyük layihələrin birgə maliyyələşməsi imkanları, süni intellektin bank əməliyyatlarında tətbiqi və digər mövzularda müzakirələr aparılıb.

Seçilən
4
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3725
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3542
Bu yol qovşağında təmir işləri aparılacaq
3030
Bakıda hoteldə yanğın başlayıb
2585
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1736
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1616
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1512
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1408
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
1246
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1238
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1213
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
1096
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
1042
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
931
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
910
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
890
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
865
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
842
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
809
Sabah 5 kəndin qazı kəsiləcək
764