AZ

Unibank İdarə Heyətinin sədri ABŞ-yə ilk bankçılıq missiyasında iştirak edib

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə geniş tərkibdə ilk işgüzar səfəri başa çatıb.

Azərbaycan Banklar Assosiasiyası və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil edilən səfərdə Unibank İdarə Heyətinin sədri Fərid Abuşov da iştirak edib.

Unibank sədri müstəqil Azərbaycan bankçılığı tarixində ABŞ-yə edilən ilk geniştərkibli işgüzar səfərin yüksək əhəmiyyət daşıdığını bildirib:

“Bu hadisə Azərbaycan-ABŞ arasında bank əlaqələrinin inkişafında mühüm mərhələ oldu. Səfərin əsas məqsədi bank və maliyyə sektorlarına dair təcrübə mübadiləsini təmin etmək, iki ölkənin maliyyə qurumları və kommersiya bankları arasında əməkdaşlığın inkişafına töhvə vermək idi. Hesab edirəm ki, səfər çox məhsuldar keçdi. Müxtəlif mövzularda təqdimatlar edildi, bank sektoruna dair müasir həllər, biznes, maliyyə, bank sektoru ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Keçirilən görüşlərdə iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafı və daha da möhkəmləndirilməsi məsələlərinə xüsusilə toxunuldu”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
13
publika.az

10Mənbələr