AZ

Türkiyədə Threads tətbiqi bağlandı

Threads tətbiqinə bu gecədən etibarən Türkiyədə girişə bağlanacaq.
 
AZXEBER.COM xarixi mətbuata istinadən xəbər verir ki, Meta şirkəti tərəfindən X-ə (Twitter) rəqib olaraq istifadəyə verilən və hazırda dünya səviyyəsində təxminən 150 milyon aylıq aktiv istifadəçisi olan Threads tətbiqi Rəqabət Qurumunun qərarı ilə bu gecədən etibarən Türkiyədə girişə bağlanacaq.

Qeyd edək ki, 2023-cü ilin iyulunda bütün dünyada istifadəyə verilən Threads cəmi 2 saat ərzində 2 milyon istifadəçiyə çatmışdı.
 
Sonradan böyümə sürətində yavaşlama göstərən Threads hazırda təxminən 150 milyon aylıq aktiv istifadəçiyə malikdir.
 
Threads-in bu gün bağlanması ilə tətbiq birinci ilini tamamlamadan Türkiyədə giriş üçün bağlanacaq.
 
Gülay
Seçilən
30
6
Mənbələr
Şərh ()
Bağla