AZ

Türkiyədə bu sosial şəbəkə qadağan edildi

Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlanıb.   Manset.az  xəbər verir ki, bu barədə qərarı Rəqabət Təşkilatı qəbul edib  Məlumata görə, “Meta” tərəfindən “X”ə rəqib olaraq buraxılan “Threads” tətbiqi Rəqabət Qurumunun qərarı ilə aprelin 29-dan etibarən türkiyəli istifadəçilər üçün əlçatmazdır.

Sosial şəbəkə antiinhisar qaydalarını pozur. Belə ki, tətbiq “Meta” şirkətinə məxsus “Instagram”dan yeni istifadəçinin məlumatlarını avtomatik götürür.

Seçilən
134
7
Mənbələr
Şərh ()
Bağla