AZ

Qəzzada ölənlərin sayı 34 min 488-ə yüksəlib

İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücum etdiyi Qəzzada can itkisi 34 min 488-ə yüksəlib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 34 fələstinlinin həyatını itirdiyi, 68 fələstinlinin isə yaralandığı bildirilib.

Xatırladaq ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda yaralıların sayının 77 min 643-ə yüksəldiyi qeyd edilib.

Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
 
Mikayıl
Seçilən
73
3
Mənbələr
Şərh ()
Bağla